AZ

Zəfər Günü Niderlandda böyük coşqu ilə qeyd edilib (FOTO)

Bakı. Trend:

Niderland Krallığının siyasi və inzibati mərkəzi olan Haaqaşəhərində Azərbaycanın Zəfər Günü münasibətilə unudulmaz bir bayramab-havası yaşanıb. Şəhərin ən nüfuzlu mədəniyyət mərkəzlərindənolan Milli Teatrda (Het Nationale Theater) “Mənim Azərbaycanım:Odlar Yurdunun ritmləri” adlı möhtəşəm konsert proqramı baştutub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının NiderlanddakıSəfirliyindən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyi,Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna DəstəkFondu və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgətəşkilatçılığı ilə keçirilib.

Böyük maraq doğuran tədbirə Niderlandın dövlət qurumlarının,ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi, ictimai,işgüzar, mədəniyyət və akademik dairələrin, kütləvi informasiyavasitələrinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləriqatılıblar. Tədbirdə, habelə Diasporla İş üzrə Dövlət Komitəsininsədr müavini Vaqif Seyidbəyov da iştirak edib.

Konsertin başlanğıcında 2021-ci ildə Şuşada - Cıdır düzündəkeçirilən “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifaetdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş etdirilib. Bumöhtəşəm ifa fonunda Şuşanın füsunkar mənzərələri və festivalınunudulmaz anları tədbirə dərin emosional ovqat bəxş edib, salondaduyğulu anlar yaşanıb.

Ardınca çıxış edən Azərbaycanın Niderland Krallığındakı səfiriMəmməd Əhmədzadə bu təsirli səhnənin rəmzi mənasını vurğulayaraqbildirib ki, “Bayatı-Şiraz” muğamı uzun illər ərzində işğaldövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və Vətənə qayıdışümidinin simvoluna çevrilmişdi və artıq beş ildir ki, bu həsrətgeridə qalıb, tarixi ədalət bərpa olunub. Prezident İlham Əliyevin“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, bizsəni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”sözlərini xatırladan diplomat bu fikirlərin Azərbaycan xalqınınqürur salnaməsinə həkk olunduğunu, bu gün Azərbaycanın ərazibütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, bölgəmizdə sülhvə sabitliyin bərqərar olunduğunu vurğulayıb. O, həmçinin qeyd edibki, 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli elanolunması, bu günlərdə Zəfərin beş illiyinin və Dövlət BayrağıGününün böyük fəxarət hissi ilə qeyd edilməsi dövlətçiliyimizindaha da möhkəmlənməsinin və milli birliyimizin təntənəsidir.M.Əhmədzadə çıxışının sonunda bildirib ki, dünya miqyasında sülh vəədalət paytaxtı kimi tanınan Haaqa şəhərinin Milli TeatrındaAzərbaycan musiqisinin və rəqslərinin səslənməsi, bu səhnədə həmvətəndən gəlmiş, həm də Niderlandda yaşayan azərbaycanlımusiqiçilərin birgə çıxışı xüsusi qürur mənbəyi, Zəfərimizinbayramı, sülhün, dostluğun və Azərbaycan-Niderland mədəniəlaqələrinin parlaq rəmzidir.

Tədbir xalqımızın zövqünü, sevincini və həyat eşqini əks etdirənmilli musiqimizin və rəqslərimizin zəngin palitrasını təqdim edənrəngarəng konsert proqramı ilə davam edib. Azərbaycanın “Ritm” rəqsqrupu “Qaytağı”, “Sarı gəlin”, “Vağzalı”, “Çay”, “İgidlər”,“İnnabı”, “Nağara”, “Uzundərə”, “Fantaziya” və “Yallı” kimi rəqslərilə tamaşaçılara milli musiqimizin ritmlərini, rəqslərimizincoşqusunu və enerjisini yaşadıb. Səhnədə həm Niderlandda yaşayanazərbaycanlı ifaçılar, həm də Azərbaycandan gəlmiş musiqiçilər biraraya gəlib. Tanınmış bəstəkar və müğənni, Azərbaycan-Niderland“Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova “Bulaq üstə gedəngözəl”, “Doğma diyar, Azərbaycan”, istedadlı sənətçi NemətəğaƏliyev “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, gənc musiqiçilər -müğənni Orxan Cəlilov və pianoçu Vasif Hüseynli “Azərbaycan”,“Ana”, “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, “AyLaçın”, “Qalalı”, “Bu gecə”, “Şən Azərbaycan”, “Küçələrə susəpmişəm”, “Çırpınırdı Qara dəniz” kimi sevilən mahnıları dərinemosional ifadə və vətənpərvərlik duyğuları ilə səsləndirərəktədbirə xüsusi rəng qatıblar.

Konsertin ən təsirli anlarından biri yekunda bütün musiqiçilərinvə rəqqasların birgə səhnəyə çıxaraq birlikdə “Ey Vətən” mahnısınıifa etməsi olub. Mahnının sədaları altında zalda alqışlar, sevincvə qürur dolu emosiyalar bir-birinə qarışıb.

Hər bir rəqs və musiqi nömrəsinə uyğun hazırlanmışvideoproyeksiyalar və vizual effektlər tədbirə xüsusi ab-havaqatıb, tədbirin duyğusal dərinliyini daha da artıraraq,tamaşaçılara sanki Azərbaycana səyahət imkanı yaradıb.

Unudulmaz anlar bəxş edən konsert proqramı auditoriya tərəfdənböyük maraq və alqışlarla qarşılanıb. Axşam boyu Haaqanın MilliTeatrını bürüyən bu coşğu və milli ruh, Zəfərimizin dünyada necəböyük məna daşıdığını bir daha nümayiş etdirib.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
52
7
az.trend.az

9Mənbələr