AZ

Yaponiya sahillərində zəlzələ oldu

BAKI, 10 noyabr. TELEQRAF

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 51 mindən çox insanın yaşadığı Miyako şəhərindən 128 kilometr aralıda qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
16
36
teleqraf.com

10Mənbələr