AZ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı rəsmi açıqlama yaydı

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli ağır zədə alıb.

Arena.az xəbər verir ki, artıq 28 yaşlı futbolçunun durumuna aydınlıq gəlib.

Bu haqda Almaniya klubu rəsmi açıqlama yayıb. Qeyd edilib ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqada “Herta”ya qarşı son ev oyununda meydana sonradan daxil olub, lakin təxminən 15 dəqiqə sonra meydanı tərk etməyə məcbur qalıb. Hücum hərəkəti zamanı “qırmızı şeytanlar”ın 10 nömrəsi bud nahiyəsindən zədə alıb. Sonrakı tibbi müayinələr nəticəsində məlum olub ki, bu, qasıq vətərinin qismən qopmasıdır. Məlumata görə, bu səbəbdən Azərbaycan millisinin üzvü ilin sonuna qədər meydana çıxa bilməyəcək.

“Kayzerslautern” Mahirə tez və tam sağalma arzulayıb. O da bildirilib ki, klub rəhbərliyi və tibbi heyət bu müddətdə onu tam dəstəkləyəcək və yaxından müşayiət edəcək.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb. Lakin millimizin üzvü çox forma şansı qazanmır. Buna onun baş məşqçi ilə probleminin yaranması səbəb göstərilir.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
43
27
arena.az

10Mənbələr