AZ

Robert Levandovski - het-trik üzrə yeni rekordçu! - ARENA.AZ

Futbol üzrə Polşa yığmasının və “Barselona”nın hücumçusu Robert Levandovski het-trik sayı ilə dünya ulduzlarını geridə qoyub.

Arena.az xəbər verir ki, o, İspaniya La Liqasının 12-ci turunda “Selta” ilə görüşdə (4:2) 3 qol vurmaqla son 10 mövsüm ərzində bütün turnirlərdə ən çox het-trik edən futbolçu statusunu qazanıb.

Polşalı forvard matçda ardıcıl üç qol vurmaqla 556-cı oyununda 26-cı het-trikini rəsmiləşdirib. Bu nəticə ilə Levandovski digər dünya ulduzlarını geridə qoyub.

Het-trik sayına görə siyahıda yer alan ilk altı futbolçu:

Robert Levandovski (“Barselona”) – 556 matç, 26 het-trik
Harri Keyn (“Bayern”) – 558 matç, 25 het-trik
Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 413 matç, 23 het-trik
Lionel Messi (“İnter Mayami”) – 451 matç, 23 het-trik
Kilian Mbappe (“Real”) – 536 matç, 23 het-trik
Erlinq Haland (“Mançester Siti”) – 296 matç, 21 het-trik

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 7 qol vurub.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 159 oyun, 108 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 161 oyun keçirib, 87 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
33
22
arena.az

10Mənbələr