Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Moldova yığması növbəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində İtaliya və İsrail yığmarı ilə qarşılaşacaq. Avram da bu matçlar üçün milliyə çağırılıb.
Qeyd edək ki, Moldova yığması İtaliya millisi ilə noyabrın 13-də Kişinyovda üz-üzə gələcək. İsrail yığması ilə qarşılaşma da noyabrın 16-da eyni şəhərdə baş tutacaq.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 16 oyuna çıxıb. O, bu oyunlarda 39 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 89 oyuna 105 qol buraxıb, 28 “quru” matç keçirib.
Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.

