AZ

ABŞ artıq Ukraynanı maliyyələşdirmir - Tramp

"Biz artıq Ukraynaya pul xərcləmirik. İndi onlar bizə NATO vasitəsilə pul ödəyirlər".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlətə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyət artıq üçüncü dünya müharibəsi təhlükəsi yaratmır:

"Əgər mən prezident olmasaydım, bu münaqişə hətta üçüncü dünya müharibəsinə də səbəb ola bilərdi. Bu, baş verməyəcək”.

Qeyd edək ki, Trampın 14 iyulda açıqladığı Ukraynaya hərbi yardım planına əsasən, silahlar NATO-nun Avropa üzvlərinə satılaraq Kiyevə çatdırılacaq.

Seçilən
26
8
bakivaxti.az

10Mənbələr