AZ

“ABŞ Ukraynanın maliyyələşdirilməsini dayandırdı”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq Ukraynaya birbaşa maliyyə yardımı göstərmir.

Musavat.com xəbər verir ki, o bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.

Trampın sözlərinə görə, ABŞ Ukraynaya yardımın əsas hissəsini indi NATO kanalları vasitəsilə həyata keçirir və bu prosesdə artıq ödənişlərin böyük qismi alyans tərəfindən qarşılanır:

“Biz Ukraynanın maliyyələşdirilməsini dayandırmışıq. Artıq Kiyevə silah və texnika NATO üzərindən, ödənişli şəkildə çatdırılır”, – o deyib.

Tramp əlavə edib ki, onun siyasi səyləri sayəsində Ukraynada baş verən müharibə qlobal münaqişəyə çevrilməyib.

Musavat.com

Seçilən
35
1
musavat.com

10Mənbələr