AZ

Azərbaycan - İslandiya oyunu Dabanoviçə tapşırıldı - ARENA.AZ

Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü monteneqrolu hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətt hakimləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.

Xatırladaq ki, sözügedən qarşılaşma noyabrın 13-də Bakıda baş tutacaq.

DÇ-2026-nın seçmə mərhələsi
13 noyabr

Azərbaycan – İslandiya
Baş hakim: Nikola Dabanoviç.
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanoviç
Dördüncü hakim: Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya).
Bakı. 8-ci km qəsəbə stadionu. Saat 21:00.

Yeri gəlmişkən, bu oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin də vaxtı müəyyənləşib:

12 noyabr

İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı

Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
27
arena.az

10Mənbələr