Dünyanın ən varlı YouTuber-i Səudiyyə Ərəbistanda öz parkını açacaq
Ajans.az xəbər verir ki, 13 noyabrda Səudiyyə Ərəbistanında yerləşəcək yeni tema parkı — Beast Land-in açılışını planlaşdırır. Təxminən 85 milyon dollarlıq sərvəti və 450 milyon YouTube abunəçisi olan MrBeast dünyanın ən varlı və ən məşhur YouTuber-lərindən biridir. Məşhur YouTuber bildirib ki, Beast Land “tipik tema parkı” olmayacaq. O, 6 noyabrda X sosial platformasında paylaşım edərək yazıb: “Gələn həftə yeni tema parkımız olan Beast Land açılır! Biz videolarımızdan ilhamlanaraq xüsusi oyunlar yaratdıq — həm də dünyanın ən böyük mükafat divarına sahib olacağıq.” Parkda “Qüllə Mühasirəsi” adlı oyunda ziyarətçilər topları katapultlara doldurmalı, sonra 18 metrlik nəhəng borulara düşürərək xal qazanmalıdırlar.
Digər atraksion — “Drop Zone”da isə altı nəfər tələ qapılarının üzərində dayanır. Bütün oyunçuların qarşısında bir düymə yanır, onu ən gec basan şəxs isə yerə düşür. Sonuncu dayanan iştirakçı ən çox xal toplayır.