AZ

Azərbaycan vasitəsilə gətirilmiş buğdadan çörəyi ilk mən yeyəcəm – Erməni nazir

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan vasitəsilə idxal edilən Qazaxıstan buğdasından hazırlanmış çörəyi ilk dadan şəxs olmaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazir sosial mediada yazıb.

“Əvvəlcə bu buğda çörəyini mən yeyəcəyəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, Qazaxıstan taxılını daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçdikdən sonra Ermənistana gəlib. Təxminən 1000 ton dördüncü sort buğda tədarük edilib. Çatdırılma Azərbaycanın tranzit yükdaşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

Seçilən
46
1
nocomment.az

8Mənbələr