AZ

Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapıldı


Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin qara qutusu tapılıb.

Türkiyə mediası xəbər verir ki, qəza zamanı həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

ZÜMRÜD

Seçilən
37
50
baki-xeber.com

10Mənbələr