AZ

Daha bir versiya: Səudiyyə Ərəbistanı Türkiyəyə istifadəyə yararsız təyyarə satıb?

Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi C-130 istifadəyə tam yararlı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Sözçü vaxtilə Səudiyyə Ərəbistanından alınmış təyyarənin istifadəyə yararsız olması ilə bağlı medianın iddiasına belə cavab verib:

“Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, baxış və texniki xidmətlərindən sonra 2014-cü ildə envanterə daxil edilib. Təyyarə modernizasiya olunaraq 2022-ci ildən istifadəyə verilib.

O vaxtdan bu günə qədər təyyarə müntəzəm texniki baxışlarla xidmətə davam edib. Amma iddia edildiyi kimi, təyyarə istifadəçi ölkə tərəfindən istifadədən çıxarılmayıb, sadəcə ehtiyacdan artıq olan bir təyyarə idi. C-130 təyyarələri hələ də Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur”.

Seçilən
80
2
teleqraf.com

3Mənbələr