AZ

Yunanıstanın paylaşımı gündəmi qarışdırdı: Türkiyə hərəkətə keçdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi “X” hesabında (keçmiş Twitter) “C-130” hərbi-nəqliyyat təyyarələrinin fotosu paylaşılıb və paylaşımda Türkiyəyə yönəlmiş təxribat xarakterli ifadələr yer alıb.

Globalinfo.az xəbər verir ki, bir neçə saat ərzində sosial şəbəkələrdə rezonans doğuran paylaşım Türkiyə Xarici İşlər Nazirliyinin diqqətini çəkib.

Məsələ ilə bağlı Ankara tərəfindən rəsmi kanallar vasitəsilə Yunanıstan tərəfinə etiraz göndərilib.

Türkiyənin reaksiyasından sonra Yunanıstan Müdafiə Nazirliyi vəziyyəti nəzarətə götürərək paylaşımın silindiyini təsdiqləyib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
2
globalinfo.az

10Mənbələr