AZ

Azərbaycanın COP29 Sədrliyi Belemdə iqlim şəffaflığına dair yüksəksəviyyəli dialoqa rəhbərlik edib

Bakı. Trend:

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər Konfransıçərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30Prezidentliyinin tərəfdaşlığı ilə İqlim şəffaflığına həsr olunmuşyüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləriüzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, xariciişlər nazirinin müavini və COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev,COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi SimonStiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoruİnger Andersen, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələri,Çin Xalq Respublikası, Böyük Britaniya, Norveç, Birləşmiş ƏrəbƏmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühitnazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatlarınrəhbərləri və digər yüksəksəviyyəli rəsmilər iştirak və çıxışediblər.

Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsasmexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin(Enhanced Transparency Framework-ETF) 10-cu ildönümü ərəfəsindəəldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfətəqdim edilən “İkiillik Şəffaflıq Hesabatlarının (BTR)”,əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxançətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlımüzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsindəiqlim şəffaflığına verdiyi dəyər yüksək qiymətləndirilib, buistiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim ŞəffaflığıPlatformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığıngücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Tədbirdə çıxış edən COP29-un Sədri Muxtar Babayev iqlimşəffaflığının Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərinyerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, iqlimşəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitininəhəmiyyətini vurğulayaraq, Bakıda başlanan bu müsbət ənənəninqlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcəyinivurğulayıb.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə çıxışındaAzərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının vəhesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyitədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim ŞəffaflığıPlatforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-larınhazırlanması prosesində göstərilən dəstəyi qeyd edərək, iqlimşəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəligörüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Y.RəfiyevAzərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcəkCOP tədbirlərində də davam etdirilməsinin vacibliyini diqqətəçatdırıb.

Məqalədə:
Seçilən
32
8
az.trend.az

9Mənbələr