AZ

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "BMW" markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Qeyd olunub ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Seçilən
33
26
musavat.com

10Mənbələr