Bakının Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, şəhid məzunlarının anaları – Ataməli Musaoğlunun anası Leyla Musayeva, Ceyhun Əhmədxanovun anası Rəqibə Seyidova, Pərviz Məmmədovun anası Güllər Məmmədova, Səməndər İsmayılzadənin anası Fəridə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Abbas Hüseynov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan söz açıb, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamızın dahi rəhbərin dövlət idarəçiliyindəki uzaqgörənliyinin, xalqına və dövlətinə olan sarsılmaz sədaqətinin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, bu ali sənəd Azərbaycanın müstəqil inkişaf yolunu müəyyən edən, insanların hüquq və azadlıqlarının təminatını prioritet kimi göstərən tarixi sənəddir.
Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Abbas Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb. 2 “Ç” sinif şagirdlərinin ifasında milli rəqslər, vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.
XQ