AZ

Madurodan Trampa MARAQLI TƏKLİF - Neftin qarşılığında görün nə istəyib

Venesuelanın lideri Nikolas Maduro ABŞ prezidenti Donald Trampa maraqlı təklif irəli sürüb.

Musavat.com xəbər verir ki, məlumata görə, Maduro ABŞ-a Venesuelanın dünyanın ən böyük neft ehtiyatlarından bir hissəsinə (təxminən 300 milyard barrel) nəzarət imkanını təqdim etməyi təklif edib. Əvəzində isə ABŞ regionda hərbi toqquşmanın qarşısını almalı idi.

New York Times yazır ki, son həftələrdə ABŞ-ın bu danışıqları dayandırdığı bildirilsə də, dünən administrasiyadan yüksək vəzifəli bir nümayəndə dialoqun tamamilə dayandırılmadığını açıqlayıb.

Onun sözlərinə görə, bölgəyə “CVN-78 Gerald Ford” nüvə aviabazasının göndərilməsi Trampın mövqeyini gücləndirir və Maduroya təzyiq vasitəsi kimi istifadə oluna bilər.

Musavat.com

Seçilən
63
24
musavat.com

10Mənbələr