AZ

Kristian Pulişiç: “Bizim məqsədimiz – skudettodur!” - ARENA.AZ

Futbol üzrə ABŞ yığmasının və “Milan”ın cinah hücumçusu Kristian Pulişiç İtaliya klubunun 2025/2026 mövsümündəki hədəfini açıqlayıb.

Arena.az amerikan futbolçunun müvafiq açırlamasını təqdim edir:

“Biz çempion olmasaq, mövsümü uğursuz hesab etmək olarmı? Qeyd-şərtsiz, bizim məqsədimiz – skudettodur!”, deyə Pulusiç vurğulayıb.

Xatırladaq ki, Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 9 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kristianın “Milan” karyerası ümumilikdə 109 oyun, 38 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.

Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 82 oyun keçirib, 32 qol vurub, 21 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı amerikan sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
40
33
arena.az

10Mənbələr