Lənkəranda 2 nəfərin yanmış cəsədi tapılıb.
Paytaxt.org-un xəbərinə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. Yanmış cəsədlərin kimliyi və hansı şəraitdə öldüyü müəyyən edilməyə çalışılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.
Faktla bağlı araşdırma aparılır.(Apa)