AZ

Birinci Liqa: 12-ci turun oyun cədvəli açıqlandı - ARENA.AZ

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

12-ci turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 24-də və 25-də keçiriləcək.

Qeyd edək ki, mövsümün geridə qalmış 7 turundan sonra 19 xal toplamış “Şəfa” vahid liderdir. “Səbail” 17 xalla ikinci, “Mingəçevir” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.

Birinci Liqa
12-ci tur

24 dekabr

“Mingəçevir” – “Şahdağ Qusar”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Səbail” – “Şimal”
“Bayıl Arena”, 14:00.

“Baku Sportinq” – “Zaqatala”
Buzovna qəsəbə stadionu, 14:30.

25 dekabr

MOİK – “Şəfa”
Binə qəsəbə stadionu, 14:00.

“Difai” – “Cəbrayıl”
Ağsu şəhər stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
28
26
arena.az

10Mənbələr