AZ

Növbəti “Tullantıları tingə dəyiş” aksiyası Binədə keçiriləcək

Növbəti

Bakı, 25 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tingə dəyiş” aksiyası 27 dekabr tarixində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” supermarketin qarşısında keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Təşkilatçılar hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya dekabrın 27-si sat 11-də Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 51 ünvanında yerləşən “Araz” supermarketdə keçiriləcək.

 

Seçilən
161
5
azertag.az

8Mənbələr