İtaliyada “Qarabağ” dəstəkləmək istəyən azarkeşlərimizin diqqətinə.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb. Paylaşımda bildirilir:
“Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” FK matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir!
“Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı!”.