AZ

Qarabağ Napoli ilə oyunla bağlı azarkeşlərə müraciət etdi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Qarabağ" "Napoli" ilə oyunla bağlı azarkeşlərə müraciət etdi

"Qarabağ" komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Napoli" ilə İtaliyadakı oyunda dəstəkləməyən istəyən azarkeşlərinə müraciət edib.

QOL.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib: 

"Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. "Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı".

 Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə  00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
173
9
qol.az

10Mənbələr