AZ

ADAU-nun əcnəbi tələbələri miqrasiya qaydaları ilə bağlı maarifləndirilib

Gəncə, 20 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin təbliği məqsədilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə universitetin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə əcnəbi tələbələrə miqrasiya qaydaları ilə bağlı məlumat verilməsinin çox vacib olduğunu vurğulayıb: “Bu, onların ölkə qanunvericiliyinə düzgün şəkildə riayət etməsinə, viza və qeydiyyat kimi prosedurları vaxtında və problemsiz yerinə yetirməsinə kömək edir”.

Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından bəhs ediblər.

Tədbirdə ölkəmizdə əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.

Seçilən
54
2
azertag.az

4Mənbələr