AZ

Nəqliyyat vasitəsini qaçıraraq qəza törədən şəxs saxlanılıb

Bakı, 20 noyabr, AZƏRTAC

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən noyabrın 17-si səhər saatlarında “BYD” markalı avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
10
azertag.az

10Mənbələr