AZ

​“YouTube” istifadəçilərin ən çox bəyəndiyi funksiyanı aktiv etdi

ain.az bildirir, Metbuat portalına istinadən.

“YouTube” illər əvvəl ləğv etdiyi birbaşa mesajlaşma funksiyasını geri qaytarır.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Şirkət, mesajlaşmanın ən çox tələb olunan funksiya olduğunu bildirib. “YouTube” dəstək səhifəsində dərc olunan elanda bildirilib ki, şirkət hələlik bu funksiyanı "birbaşa mesajlaşma" adlandırmasa da, istifadəçilər bəyəndikləri videoları paylaşa və eyni tətbiq vasitəsilə söhbət edə biləcəklər. Yeni mesajlaşma funksiyası hazırda yalnız İrlandiya və Polşada mövcuddur.

Məlumata görə, “YouTube” rəylərə əsasən onu qlobal miqyasda tətbiq edib-etməmək barədə qərar verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
metbuat.az

7Mənbələr