AZ

D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir - Cəlil Xəlilov

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır.

Bunu TurkicWorld-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar forumun əhəmiyyətini göstərir:

“Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi.

Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”.

Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib:

“Prezident İlham Əliyev forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu.

Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir.

Hesab edirəm ki, forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”.

Seçilən
13
5
turkic.world

6Mənbələr