AZ

Premyer Liqa: “Zirə” “Qəbələ”ni məğlub etdi

Azərbaycan Premyer Liqasının XII turunun növbəti matçında “Zirə” ilə “Qəbələ” komandaları qarşılaşıb.

Tribuna xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato vurub. O, penaltini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra “Zirə” 23 xalla turnir cədvəlinin ikincisi olan “Turan Tovuz”a çatıb. “Qəbələ” 5 xalla 11-ci sıradadır.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

Seçilən
25
5
tribunainfo.az

6Mənbələr