AZ

Yubiley qolunu vurdu

Pyer-Emerik Obameyanq yubiley qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Marsel”in hücumçusu Liqa 1-in 13-cü turunun “Nitsa” ilə matçında qapıya yol tapmaqla karyerasındakı qollarının sayını 400-ə çatdırıb. 36 yaşlı futbolçu bu qollardan 361-ni klub səviyyəsində, 39-nu isə Qabon milli komandasının heyətində rəqib qapılarından keçirib.

Karyerası ərzində “Milan”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edən Obameyanq bu mövsüm Fransa çempionatında 11 oyuna 5 qol vurub.

Seçilən
105
1
football-plus.az

2Mənbələr