Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarından sonra oyun və istirahət balansının nizamlanması məqsədilə 14-cü turun görüşləri 6-9 dekabr tarixlərində reallaşacaq.
Premyer Liqa
14-cü tur
6 dekabr
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
7 dekabr
“Karvan” – “Şamaxı”
Yevlax şəhər stadionu, 14:00.
8 dekabr
“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 17:00.
“Sabah” – “Neftçi”
“Masazır Arena”, 20:00.
9 dekabr
“Araz-Naxçıvan” – “Kəpəz”
Mərdəkan. “Dalğa Arena”, 17:00.
“Sumqayıt” – “İmişli”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
