AZ

Türkiyə Super Kubokunda püşk atıldı: tarix və məkan – ARENA.AZ

Futbol üzrə Türkiyə Super Kubokunda 2024/2025-ci illər mövsümünün oyunlarının püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə keçiriləcəyi də müəyyənləşib.

Super Liqanın sonuncu qalibi “Qalatasaray”la “Trabzonspor” arasındakı ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. “Fənərbağça” – “Samsunspor” matçı isə yanvarın 6-da Adanada keçiriləcək.

Türkiyə Super Kubokunda həlledici – final oyunu da yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda təşkil olunacaq. Bütün qarşılaşmalara Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.

Türkiyə Super Kubokunun sonuncu qalibi “Beşiktaş”dır. Bu titula ən çox sahib çıxmış komanda isə “Qalatasaray”dır – 17 dəfə!

Seçilən
16
8
arena.az

10Mənbələr