AZ

Günay Ağamalının qardaşı sosial şəbəkələrdə yayılan videoya belə reaksiya verdi

Sosial şəbəkələrdə görüntüləri yayılan və Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənova adlı gənc xanıma məxsus “TikTok” videosu geniş müzakirələrə səbəb olub. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişdirib. 

“Yeni Sabah”ın əməkdaşı məsələ ilə bağlı deputata zəng edib, vatsap vasitəsilə mesaj yazıb. Lakin Günay Ağamalı nə zəngə, nə də mesaja cavab verib.  

Günay Ağamalının atası, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da zənglərə cavab verməyib. 

Deputatın qardaşı Elçin Ağamalı isə yayılan video haqqında ancaq bir cümlə deyib: 

“Bununla bağlı heç bir şərh verməyəcəm”.

Xatırladaq ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Bu səbəbdən videonun məzmunu və iddialar daha da diqqət mərkəzinə düşüb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
53
6
yenisabah.az

8Mənbələr