AZ

Günay Ağamalının qardaşı sosial şəbəkələrdə yayılan videoya belə reaksiya verdi

Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişib. 

“Yeni Sabah”ın əməkdaşı məsələ ilə bağlı deputata zəng edib, vatsap vasitəsilə mesaj yazıb. Lakin Günay Ağamalı nə zəngə, nə də mesaja cavab verib.  
Günay Ağamalının atası, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da zənglərə cavab verməyib. 
Deputatın qardaşı Elçin Ağamalı isə yayılan video haqqında ancaq bir cümlə deyib: 
“Bununla bağlı heç bir şərh verməyəcəyəm”.
Xatırladaq ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Bu səbəbdən videonun məzmunu və iddialar daha da diqqət mərkəzinə düşüb.

Seçilən
21
6
yenilik.az

8Mənbələr