AZ

Azərbaycanda əmlak sığortası bazarı 10%-ə yaxın böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortasınövlərinin hesabına 196,252 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 9,7%çoxdur.

Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 8milyon manat və yaxud 29,7% artaraq 34,943 milyon manata çatıb.

Beləliklə, 10 ayda əmlak sığortası bazarında toplanmış hər 100manat sığorta haqqının 17,8 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyonmanat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3milyon manat və ya 24,1% artım deməkdir.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

6Mənbələr