AZ

İranda bir gündə 16 nəfər edam edilib

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İranda İnsan Hüquq Müdafiə Təşkilatı "Hengaw" yayıb.

Bildirilib ki, məhbuslar qətl və narkotik maddə qaçaqmalçılığında təqsirləndiriliblər.

Məlumata görə, edamlar İranın İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra olunub.

İnformasiyaya əsasən, bu ilin noyabrında İslam Respublikasında də azı 286 nəfər dar ağacından asılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
6
modern.az

10Mənbələr