AZ

Putin müharibəni dayandırmaq istəmir - Sülh planından imtina etməsinin səbəbi

BAKI, 1 dekabr. TELEQRAF

Rusiya, böyük ehtimalla, ABŞ-nin təklif etdiyi istənilən sülh planı variantını rədd edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

“Rusiyanın informasiya məkanındakı xəbərlər göstərir ki, Kreml atəşin dayandırılması və ya ABŞ-nin təklif etdiyi istənilən sülh planı versiyasını rədd edəcək. Çünki Moskva bu səyləri əhəmiyyətsiz və Rusiyanın Ukrayna, ümumiyyətlə dünya üzrə məqsədlərinə maneə kimi görür”, - analizdə bildirilir.

ISW Rusiya mənbələrinə istinadla qeyd edir ki, Vladimir Putin açıq şəkildə məqsədlərinə hərbi yolla çatmağa hazır olduğunu nümayiş etdirib. Ona görə də 2022-ci ilin İstanbul danışıqlarından bəri bütün sülh danışıqları Kreml sahibi üçün praktiki əhəmiyyət daşımır.

Rusiya mənbələrinə görə, Moskvanın istənilən sülh danışıqlarında iştirakı yalnız döyüş meydanındakı irəliləyişdən asılıdır:

“ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq səyləri Rusiyanın xeyrinə deyil. Çünki bu, Moskvanı 2022-ci ilin sentyabrında qəbul olunmuş səfərbərlik fərmanını ləğv etməyə məcbur edəcək. Həmin fərman Rusiyaya səfərbər edilənləri cəbhədə saxlamağa imkan verir və fərmanın ləğvi ordunun sayının azalması və zabit korpusunun tükənməsinə gətirib çıxaracaq”.

Bu kontekstdə ISW iddia edir ki, Vladimir Putin “xüsusi hərbi əməliyyat” veteranlarının cəmiyyət və iqtisadiyyata reinteqrasiyası ilə bağlı çətinliklərdən qorxur.

“Həmçinin, atəşkəs Rusiyanın işğal etdiyi əraziləri ələ keçirmə səylərini zəiflədəcək və onu Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərində strateji əhəmiyyətli hücum mövqelərindən imtina etməyə məcbur edəcək”, - mənbə əlavə edir.

Seçilən
147
36
teleqraf.com

10Mənbələr