Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi təxminən 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.
Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.
35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta