Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək və qalibi bir oyunla müəyyənləşəcək mərhələnin açılış günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə Bakıda I Liqa təmsilçisi “Şahdağ Qusar” ilə “Turan Tovuz” üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 15:00-da başlanacaq.
Günün digər oyunu isə “Zirə” və “Neftçi” arasında təşkil olunacaq. Paytaxt derbisi Tural Qurbanova tapşırılıb. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“SOCAR Polymer Arena”.
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə. İdman Kompleksinin stadionu.