AZ

"28 Mall"ın parkinqindən oğurluq etdi, həbs olundu

"28 Mall” Ticarət Mərkəzinin parkinqində oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən C.V. (2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

Məlum olub ki, C.V. parkinqdə vətəndaşlara məxsus avtomobillərdən uşaqlara aid skuteri və velosipedi oğurlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
8
2
hit.az

3Mənbələr