AZ

Beş saat davam edən gizli danışıqlar: Putin bu məsələdə razılığa gəlib

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında görüş demək olar ki, beş saat davam edib.

Publika.az xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəliblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün bir sıra variantlar, o cümlədən ərazi məsələsi müzakirə olunub. ABŞ-ın ilkin 28 bəndlik planına əlavə olaraq Rusiyaya daha dörd sənəd təqdim edilib. Onlardan biri 27 bənddən ibarət olub və Moskva ilə tanışlıq təmin edilib, lakin ifadələr üzərində müzakirələr aparılmayıb.

Uşakov görüşü “konstruktiv və məzmunlu” adlandırıb, lakin qeyd edib ki, Ukrayna üzrə kompromis plan hələ formalaşmayıb. ABŞ təkliflərinin bir qismi Rusiya üçün məqbul sayılsa da, bəzi məqamlar Moskvanı qane etmir. Buna görə də yaxın vaxtlarda Putin-Tramp görüşü planlaşdırılmır.

Görüşdə həmçinin Avropanın Ukrayna məsələsindəki mövqeyi, Rusiya-ABŞ iqtisadi əməkdaşlığı və Cared Kuşnerin roluna da toxunulub. Kuşner Yaxın Şərqdəki təcrübəsinə əsaslanaraq təqdim olunan sənədlərin hazırlanmasında iştirak edib. Danışıqlardan sonra Uitkoff və Kuşner Ukraynaya getməyəcək, birbaşa Vaşinqtona qayıdırlar.

Seçilən
45
50
publika.az

10Mənbələr