AZ

Bərdədə kişi kanalda boğulan qadını xilas edərkən ölüb

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Nazirli kəndində baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
13
operativmm.az

10Mənbələr