Voleybol üzrə Azərbaycan Yüksək Liqasında həm kişi, həm də qadınların mübarizəsində V tur bu gün start götürəcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Kişilərin yarışında əvvəlcə "Azərreyl" "Nefçi" ilə üz-üzə gələcək. Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da başlayacaq.

Saat 17:00-da "Xilasedici" "Murov Az Terminal"la görüşəcək. Bu oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

"Abşeron" Olimpiya İdman Kompleksində isə "Gənclər" "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş də saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində isə bir oyun keçiriləcək. "DH Volley" "Gənclər"lə üz-üzə gələcək. Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da başlayacaq.