AZ

Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olunub

Bakı.Trend:

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılmasıistiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq,Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli sulayihəsinin açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi(ADSEA) məlumat yayıb.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrininmüavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısıElmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su MeliorasiyaXidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyinnümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki,hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilətəminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələrnövbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayanəhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilətəmin olunmasıdır.

Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndindəmərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi iləşəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadəetməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndininmövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km suşəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yəçatdırılıb.

Eyni zamanda Bəylər kəndində də uzunluğu 4 km su şəbəkəsi inşaolunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdəhər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılmasıvə sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent susayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı vəBəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatısistemi ilə təchiz edilib.

Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi KürSu Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təminolunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olandaxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2x5000 m3 olan suanbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismarolunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə1281 təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir.Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidmətigöstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyiciqurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyatakeçirilir.

2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı,Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin vəsayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olanNabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ciillərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması vətikintisi işlərinin icrası planlaşdırılır.

Sonda kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görədövlətimizin başçısına minnətdarlıqlarını bildirib, layihəninicrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlaratəşəkkür ediblər.

Seçilən
27
50
az.trend.az

10Mənbələr