AZ

ABL: “Gəncə” “Neftçi”yə Bakıda qalib gəldi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turunun ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması da “Sərhədçi” İdman Mərkəzində baş tutub.

A qrupunda yer almış kollektivlərin duelində “Gəncə” “Neftçi”yə 80:73 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, turun açılış qarşılaşmasında “Ordu” “Sərhədçi”ni (100:64) məğlub etmişdi. Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

A qrupu: Sabah – 14. Abşeron Lions – 13. Gəncə – 10. Şəki – 8. Neftçi – 8. NTD – 7.

B qrupu: Ordu – 16. Naxçıvan – 12. Lənkəran – 10. Sərhədçi – 10. Sumqayıt – 9. Quba – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Seçilən
14
4
arena.az

10Mənbələr