AZ

Mbappenin gözü Ronaldonun tarixi rekordundadır

“Real”ın futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin sabiq üzvü Kriştiano Ronaldonun tarixi rekordunu qırmağa yaxındır.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu hazırkı təqvim ilində “kral klubu”nun formasında 55 qola imza atıb.

Fransalı forvard son olaraq “Atletik”i məğlub etdikləri La Liqa matçında dubl edib. Ronaldonun bir təqvim ilində “Real”dakı rekordu 59 qoldur. Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən oyunçu buna 2013-cü ildə nail olub.

Paytaxt komandasının ilin sonunadək daha dörd oyunu var. Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv La Liqada “Selta”, “Alaves”, “Sevilya” və UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə üz-üzə gələcək.

Seçilən
72
38
msport.az

10Mənbələr