BAKI, 4 dekabr. TELEQRAF
ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nevada ştatında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Daytondan 6 km şərqdə yerləşib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.