AZ

Polşa Belarusla sərhəddəki bufer zonanın müddətini UZATDI

Polşa Belarusla sərhəddəki bufer zonanın müddətini üç ay, yəni 5 mart tarixinədək uzatmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında dərc olunub.

“Daxili İşlər və Administrasiya Nazirinin qərarı ilə Polşa-Belarus sərhədindəki bufer zonasına giriş qadağası daha 90 gün uzadılıb.”, — sənəddə qeyd olunur.

Polşa Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu müvəqqəti qadağa ölkə hökumətinə qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə aparmağa imkan verib.

“Nəticədə sərhədin etibarlılığı 98%-ə çatıb”, - məlumatda vurğulanır.

Seçilən
76
19
publika.az

10Mənbələr