Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-uaxşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysanxarakterli olacağı gözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərbrayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə havaşəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrıyerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki,Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntınınleysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağıehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağçaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.