AZ

Biləsuvardakı ağır qəzada ölənlərin adları məlum oldu YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XXX

10:55

Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

XXX

09:44

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində baş verib. 

Belə ki, yolda idarəetmədən "Lexus" markalı minik avtomobili kanala aşıb. 

Qəzada maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
29
unikal.az

10Mənbələr