AZ

Qalmaqallı matçda “Real” uduzdu - VİDEO

İspaniya La Liqasının 15-ci turunda “Real” evdə “Selta Viqo”nu qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, gərgin keçən matçda madridlilər rəqibinə 0:2 hesabı ilə uduzub. 

Qarşılaşmada “kral klubu”nun iki futbolçusu qırmızı vərəqə görüb. 

Əvvəlcə Fran Qarsiya 64-cü dəqiqədə meydandan qovulub. 90+1-ci dəqiqədə isə Alvaro Karreras qırmızı vərəqə alıb.

 Ehtiyat oyunçular skamyasında isə Endrik hakimin “qırmızı”sına tuş gəlib. 

“Real”ın baş məşqçisi Xabi Alonsonun taleyi də sual altına düşüb. Onun son 5 oyunun yalnız birində qələbə qazanması klub prezidenti Florentino Perezi qəzəbləndirib. 

"Cebheinfo.az"

Seçilən
167
28
cebheinfo.az

10Mənbələr